17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İngiltərə ilə oyunöncəsi son məşqinə çıxıb - FOTO

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İngiltərə ilə oyunöncəsi son məşqinə çıxıb - FOTO Baş məşqçi Vüqar Məmməd məşqə futbolçuların isinmə hərəkətləri ilə start verib
Futbol
2491
25 Oktyabr , 2016 02:23
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İngiltərə ilə oyunöncəsi son məşqinə çıxıb - FOTO

Buxarest. 25 oktyabr. REPORT.AZ/ 17 yaşadək futbolçular arasında Avropa çempionatının ilkin seçmə mərhələ oyunları çərçivəsində bu gün İngiltərə yığması ilə qarşılaşacaq Azərbaycan millisi oyunöncəsi son məşqinə çıxıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, komandamızın məşqi “Mogosoaia” futbol mərkəzinin stadionunda baş tutub.

Baş məşqçi Vüqar Məmməd məşqə futbolçuların isinmə hərəkətləri ilə start verib. Ardınca millinin üzvləri künc və sərbəst zərbələr üzərində çalışmaları davam etdiriblər.

Qeyd edək ki, Azərbaycan – İngiltərə qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi