Bakı. 31 mart. REPORT.AZ/ Macarıstan məhkəməsi 12 yerli futbolçu, 1 məşqçi və 2 təşkilatçını oyun alqı-satqısında əli olduğu ilə cəzalandırıb. "Report"un "İndex.hu"ya istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə adları açıqlanmayan təqsirkarlar pul cərimələrinə və diskvalifikasiyaya məruz qalıb.
Bildirilib ki, 2007 - 2009-cu illərdə aşağı dəstədə mübarizə aparan paytaxt Budapeştin REAC komandasında çıxış edərkən, futbolçular 2500 avro qarşılığında əsas liqa və kubok oyunlarında qanunsuzluğa yol veriblər.
Qərardan sonra Macarıstan Futbol Federasiyasının məsələ ilə bağlı FİFA-nı məlumatlandıracağı açıqlanıb.