Turab Teymurov: “Formula 1”lə müqavilənin uzadılması üçün danışıqlar müsbət istiqamətdə gedir”

Turab Teymurov: “Formula 1”lə müqavilənin uzadılması üçün danışıqlar müsbət istiqamətdə gedir” “Yarış rəhbərliyi ilə yeni müqavilə üçün danışıqlar müsbət istiqamətdə gedir. Amma hələlik dəqiq məlumat yoxdur”.
Formula 1
1 Fevral , 2023 11:29
Turab Teymurov: “Formula 1”lə müqavilənin uzadılması üçün danışıqlar müsbət istiqamətdə gedir”

“Yarış rəhbərliyi ilə yeni müqavilə üçün danışıqlar müsbət istiqamətdə gedir. Amma hələlik dəqiq məlumat yoxdur”.

“Report”un məlumatına görə, bunu “Formula 1” üzrə Azərbaycan Qran Prisinin mətbuat katibi Turab Teymurov media akkreditasiyası ilə bağlı seminarda bildirib.

O, müqavilənin uzadılması ilə bağlı yenilik olacağı təqdirdə, mətbuata açıqlama veriləcəyini diqqətə çatdırıb. Teymurov əvvəlki turnirlərlə müqayisədə bilet satışında rekorda imza atdıqlarını söyləyib. Mətbuat katibi Azərbaycan Qran Prisi üçün 90 ölkədən bilet alındığını deyib.

Qeyd edək ki, bu il Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək. Hazırkı sözləşməyə əsasən, 2024-cü ildə də Bakıda yarış təşkil olunmalıdır.

Son xəbərlər

Orphus sistemi