Ziyafət Əsgərov idman jurnalistlərindən narazılıq edib

Ziyafət Əsgərov idman jurnalistlərindən narazılıq edib "Burada uzaq başı müqavilənin qiyməti olar, axı futbolçu alınıb-satılmır"
Fərdi
29 Aprel , 2016 12:43
Ziyafət Əsgərov idman jurnalistlərindən narazılıq edib

Bakı. 29 aprel. REPORT.AZ/ Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədri Ziyafət Əsgərov idman jurnalistlərinə narazılığını bildirib. "Report"un məlumatına görə, Z.Əsgərov narazılığını Milli Məclisin bugünkü iclasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatının müzakirəsi zamanı dilə gətirib. 

O qeyd edib ki, jurnalistlər, media nümayəndələri futbolçuların transferi ilə bağlı informasiya hazırlayarkən, ciddi yanlışlığa yol verirlər: “Məsələn, bəzən ciddi bir mətbuat orqanında “Filan futbolçu 60 milyona satıldı”, yaxud da “Filan klub filan futbolçuya neçə milyon dollar ödədi”, “Filan futbolçunun qiyməti açıqlandı” və bu kimi başlıqlı yazılar verirlər. Burada uzaq başı müqavilənin qiyməti olar, axı futbolçu alınıb-satılmır... Biz burada insan alverinə qarşı mübarizədə maarifləndirmədən danışırıq, amma mətbuat nümayəndələri şüuraltı görün, nələri aşılayır? Buna son qoymaq və diqqətli olmaq lazımdır”.

Son xəbərlər

Orphus sistemi