Zaqreb Qran-prisi: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib

Zaqreb Qran-prisi: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib Sabah Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək cüdo üzrə Qran-pri turnirinin püşkü atılıb.
Fərdi
23 Sentyabr , 2021 20:20
Zaqreb Qran-prisi: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Hidayət Heydərov

Sabah Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək cüdo üzrə Qran-pri turnirinin püşkü atılıb.

"Report"un məlumatına görə, yarışda iştirak edəcək Azərbaycan təmsilçiləri Hidayət Heydərovla Məmmədəli Mehdiyevin də ilk rəqibləri bəlli olub.

73 kq-da çıxış edən Heydərov mübarizəyə 1/16 finaldan başlayacaq. O, bu mərhələdə israilli Yonatan Elbazla üz-üzə gələcək.

90 kq çəki dərəcəsində mübarizə aparan Mehdiyev isə ilk görüşünü 1/8 finalda Sebastian Oldak (Polşa) - Vitali Şepel (Uklrayna) cütünün qalibinə qarşı keçirəcək.

Qeyd edək ki, Zaqreb Qran-prisi sentyabrın 26-dək davam edəcək.

73 kq

1/16 final. Hidayət Heydərov - Yonatan Elbaz (İsrail)

90 kq

1/8 final. Məmmədəli Mehdiyev - Sebastian Oldak (Polşa) / Vitali Şepel (Uklrayna) cütünün qalibi

Son xəbərlər

Orphus sistemi