Azad Rəhimov Bakıda keçiriləcək Formula 1 Qran Prisinə ayrılan vəsaiti açıqlayıb

Azad Rəhimov Bakıda keçiriləcək Formula 1 Qran Prisinə ayrılan vəsaiti açıqlayıb Bu günədək 5 milyon manatadək xərclənib
Fərdi
215
18 Dekabr , 2015 10:26
Azad Rəhimov Bakıda keçiriləcək Formula 1 Qran Prisinə ayrılan vəsaiti açıqlayıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisi məqsədilə nəzərdə tutulan yollarda təmir işləri üçün 12 milyon manat civarında vəsaitin ayrılması təsdiqlənib. "Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov mətbuat konfransında məlumat verib. 

Nazir bildirib ki, bu günədək Formula 1 üçün Əməliyyat Şirkəti tərəfindən 5 milyon manatadək xərclənib. O, Azadlıq Meydanında pit-stopun tikintisi üçün tender elan ediləcəyini söyləyib. A.Rəhimov ümumi büdcənin 3-4 aya formalaşacağını da açıqlayıb. 

Təxminən 30 min biletin satışa çıxarılacağını deyən nazir qiymətlərin 19 manatdan başlayacağını əlavə edib.

Son xəbərlər

Orphus sistemi