Zabit Səmədovun vida turnirinin digər döyüşləri bəlli olub - FOTO

Zabit Səmədovun vida turnirinin digər döyüşləri bəlli olub - FOTO Azərbaycanın peşəkar kikboksçusu Zabit Səmədovun sentyabrın 10-da Bakıda keçirəcəyi K-1 üzrə vida döyüşü zamanı rinqə çıxacaq digər idmançılar müəyyənləşib
Fərdi
18 İyul , 2022 10:00
Zabit Səmədovun vida turnirinin digər döyüşləri bəlli olub - FOTO

Azərbaycanın peşəkar kikboksçusu Zabit Səmədovun sentyabrın 10-da Bakıda keçirəcəyi K-1 üzrə vida döyüşü zamanı rinqə çıxacaq digər idmançılar müəyyənləşib.

"Report"un məlumatına görə, gecənin kəmər döyüşü 2021-ci ilin dekabrında "Mix Fight Championship"in qalibi olmuş rusiyalı Vlad Tuynov ilə bolqarıstanlı Stoyan Koprivlenski arasında gerçəkləşəcək.

Bundan başqa, Seyfulla Xambaxadov (Rusiya) ilə Andrey Kedveş (Xorvatiya) və Dmitri Filonçik (Belarus) ilə Ruslan Nağıyev (Azərbaycan) arasında təsnifat turniri baş tutacaq.

Yüngül çəkidə keçiriləcək görüşlərin qalibləri həmin gün finalda üz-üzə gələcəklər.

Qeyd edək ki, bu yarış Milli Gimnastika Arenasında baş tutacaq. Zabit Səmədov karyerasının son döyüşündə braziliyalı sabiq UFC döyüşçüsü Antonio Silva ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi