Zabit Səmədovun Qroznıda revanş döyüşünə həsr olunan videoçarx hazırlanıb

Zabit Səmədovun Qroznıda revanş döyüşünə həsr olunan videoçarx hazırlanıb "Mauqli" və "Jalo" ləqəbli idmançıların qarşılaşması "Akhmat Fight Show" turniri çərçivəsində baş tutacaq
Fərdi
17 Dekabr , 2015 22:14
Zabit Səmədovun Qroznıda revanş döyüşünə həsr olunan videoçarx hazırlanıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədovun polşalı Pol Slovinski ilə revanş döyüşünə həsr olunnan videoçarx hazırlanıb.

"Report"un məlumatına görə, Çeçenistanın paytaxtı Qroznıdakı "Kolizey" idman zalında dekabrın 26-da keçiriləcək döyüşlə bağlı videoçarx "Facebook" şəbəkəsində də yerləşdirilib.

"Mauqli" və "Jalo" ləqəbli idmançıların qarşılaşması "Akhmat Fight Show" turniri çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Zabit Səmədov və Pol Slovinskinin 2007-ci ildə Hollandiyada keçirilmiş ilk döyüşündə azərbaycanlı K-1 ustası məğlub olub.

Son xəbərlər

Orphus sistemi