​Zabit Səmədov: "Rinqdə özümü evdəki kimi hiss edirdim"

​Zabit Səmədov: "Rinqdə özümü evdəki kimi hiss edirdim" Azərbaycan kikboksçusu türk rəqibi üzərindən qələbədən danışıb
Fərdi
1 Mart , 2015 17:02
​Zabit Səmədov: Rinqdə özümü evdəki kimi hiss edirdim

Bakı. 1 mart. REPORT.AZ/ "Bu, dost ölkə döyüşçüsü ilə görüş idi. Mən rinqdə özümü evdəki kimi hiss edirdim, hər hansı bir qəzəb hissi yox idi, ona görə də, döyüşün bütün gedişatına nəzərət edirdim".

Bu sözləri "Report"a açıqlamasında ötən gün İstanbulda türkiyəli kikboks ustası Mert Akın üzərində qələbə qazanan Azərbaycan idmançısı Zabit Səmədov bildirib.

"Əlbəttə, döyüşü mənim üçün asan adlandırmaq olmaz. Çünki türk idmançı məndən 27 kiloqram ağır idi", - deyə o əlavə edib.

Qeyd edək ki, bu, Zabit Səmədovun peşəkar rinqdə ardıcıl qazandığı 7-ci qələbəsidir.

Gələcək döyüşləri barədə danışan Zabit qarşıda onu Dubay turnirinin gözlədiyini açıqlayıb.

"Aprelin 16-da Dubayda dünyada yüksək reytinqə malik olan böyük turnir keçiriləcək. Mənim əsas məqsədim bu turnirdə qalib gəlməkdir".

O qeyd edib ki, tezliklə sözügedən turnirin hazırlıqlarına başlayacaq.

Son xəbərlər

Orphus sistemi