Zabit Səmədov: "Qroznıdakı döyüşə gərgin hazırlıq gedir" - VİDEO

Zabit Səmədov: "Qroznıdakı döyüşə gərgin hazırlıq gedir" - VİDEO "Kiçik zədələrim var, lakin onlarla 4-5 döyüşdə iştirak etmişəm"
Fərdi
10 Avqust , 2015 10:42
Zabit Səmədov: Qroznıdakı döyüşə gərgin hazırlıq gedir - VİDEO

Bakı. 10 avqust. REPORT.AZ/ Qroznıdakı turnirə hazırlıq məşqləri Minskdə nüfuzlu yarışlarda iştirak edən istedadlı döyüşçülər - sparrinq-tərəfdaşlarla keçirilir. 

Bu barədə "Report"a Azərbaycan döyüşçüsü, K-1 ustası Zabit Səmədov, Qroznıda keçiriləcək turnirdə bosniya və hersoqovinalı rəqibi Dzevad Poturak ilə qarşıdakı döyüşə hazırlığını şərh edərkən bildirib. 

Onun sözlərinə görə, fiziki hazırlığa xüsusi diqqət ayrılır: "Turnirə 2 həftə qalıb.  Bu günlərdə Qroznıya yollanacam ki, döyüşə 10-12 gün qalmış yerli iqlimə uyğunlaşım. Orada məşqçi ilə hazırlığı davam etdirəcəyik. Bir neçə gün qalmış iş tempi azaldılacaq, ona qədər isə gərgin hazırlıq gedəcək". 

Z.Səmədov qeyd edib ki, kiçik zədələri var, lakin onlarla 4-5 döyüşdə iştirak edib: "Ümid edirəm ki, bu döyüşdə onlar heç bir problem yaratmayacaq". 

Turnirlə əlaqədər Zabit Səmədov bildirib ki, döyüşlər çətin olacaq: "Sənin adın olduğu hər bir döyüşə sənə qalib gəlmək istəyən döyüşçülər çıxır. Buna görə də asan olmayacaq, lakin ümid edirəm ki, hər şey yaxşı olacaq. Mən bir neçə dəfə Qroznıda turnirdə qonaq olmuşam. Hər şey çox yüksək səviyyədə keçir. Döyüşləri bütün idman kanalları yayımlayır. Turnir yüksək səviyyədə olacaq, çünki Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun nəzarəti altında keçiriləcək".

Öz rəqibi Dzevad Poturak haqqında azərbaycanlı döyüşçü bildirib ki, o, kifayət qədər təcrübəli idmançıdır, K 1 döyüşlərində çoxdan çıxış edir və kikboksinqin bütün ulduzları ilə döyüşüb: "O, çox təcrübəlidir, hara getdiyini və döyüş zamanı nə etmək lazım gəldiyini bilir. Mən qalib gəlmək üçün bir qədər fənd işlətməli olacağam".

Qeyd edək ki, döyüş Çeçenistanın paytaxtı Qroznı şəhərində avqustun 22-də keçiriləcək.

"Mauqli" ləqəbli Zabit Səmədov dünyada peşəkar rinqdə 9 ardıcıl qələbə ilə yadda qalıb. Onun ən böyük uğurları sırasında bir neçə K-1 yarışlarının iştirakçısı, qara kəmər sahibi Makoto Uexara, Türkiyənin yerli idmançısı Mert Akın, Dubayda keçirilən "Global Fighting Championship 3" turnirində Stiv Makkinnon və Konqo-Almaniya əsilli Danyo İlunqa üzərində qələbələri olub.

Son xəbərlər

Orphus sistemi