"Yuventus" bu yay Ronaldunu sata bilər

"Yuventus" bu yay Ronaldunu sata bilər İtaliyanın "Yuventus" futbol klubu bu yay portuqal hücumçu Kriştianu Ronaldunun satışı imkanını nəzərdən keçirir.
Fərdi
15 Avqust , 2021 08:08
Yuventus bu yay Ronaldunu sata bilər
Kriştianu Ronaldu

İtaliyanın "Yuventus" futbol klubu bu yay portuqal hücumçu Kriştianu Ronaldunun satışı imkanını nəzərdən keçirir.

Bu barədə “Report” “Marca”ya istinadən xəbər verir.

Məlumata görə, Turin klubunun rəhbərliyi hesab edir ki, Ronaldunun satışı komandanın maddi vəziyyətinə müsbət təsir edə bilər. "Yuventus" rəhbərliyi əmindir ki, portuqaliyalının gedişi komadada islahatın keçirilməsi üçün pul məbləğinə əhəmiyyətli dərəcədə qənaət edəcək.

"Yuventus"un Ronaldu ilə bağlı konkret təklifi yoxdur, amma turinlilər gözləməyə hazırdır. Avropada transfer pəncərəsi avqustun 31-ə qədər açıqdır.

Son xəbərlər

Orphus sistemi