Daha bir komandamızın Avropa çempionatı üçün heyəti açıqlandı

Daha bir komandamızın Avropa çempionatı üçün heyəti açıqlandı Səfərə 8 pəhləvan yollanacaq
Fərdi
19 Aprel , 2021 17:55
Daha bir komandamızın Avropa çempionatı üçün heyəti açıqlandı

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında səfərə 8 pəhləvan yollanacaq.

Azərbaycanı Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), Namaz Rüstəmov (67 kq), Xasay Həsənli (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq) və Zamir Məhəmmədov (97 kq) təmsil edəcək.

Güləşin bu növü üzrə püşkatma mərasimi 22 apreldə, yarışlar isə 23 - 25 apreldə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi