Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Türkiyə yığmasını məğlub edib

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Türkiyə yığmasını məğlub edib Rövşən Bayramov, Kamran Məmmədov və Rafiq Hüseynov görüşlərini məğlubiyyətlə başa vurub
Fərdi
16 Mart , 2017 11:15
Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Türkiyə yığmasını məğlub edib

Bakı. 16 mart. REPORT.AZ/ Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası bu gün İranın Abadan şəhərində start götürən Dünya Kuboku yarışında ilk rəqibi olan Türkiyə yığmasını məğlub edib.

"Report"un məlumatına görə, Azərbaycan pəhləvanları rəqiblərini 5:3 hesabı ilə üstələyiblər. Yığmanın heyətində Həsən Əliyev (71 kq), Elvin Mürsəliyev (75 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) rəqiblərindən güclü olublar. Rövşən Bayramov (59 kq), Kamran Məmmədov (66 kq) və Rafiq Hüseynov (80 kq) isə görüşlərini məğlubiyyətlə başa vurub.

Azərbaycanlı yığmasının növbəti rəqibləri Belarus və Ukrayna yığmaları olacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası B qrupunda mübarizə aparır. Yarışın proqramına əsasən, martın 16-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək.

Son xəbərlər

Orphus sistemi