Azərbaycan taekvondo yığmasının baş məşqçisi: "Uduzanda danışmaq asandır, udanda isə..."

Azərbaycan taekvondo yığmasının baş məşqçisi: "Uduzanda danışmaq asandır, udanda isə..." "Mən Azərbaycana gələndə komanda yaxşı vəziyyətdə deyildi"
Fərdi
15 Dekabr , 2016 17:53
Azərbaycan taekvondo yığmasının baş məşqçisi: Uduzanda danışmaq asandır, udanda isə...

Bakı. 15 dekabr. REPORT.AZ/ "Komanda uduzanda cavab vermək asandır. Deyirsən ki, rəqib güclü idi və bu səbəbdən də uduzdum. Amma udanda danışılası, qaldırılası məsələlər çox olur". 

"Report"un məlumatına görə, bunu kişilərdən ibarət Azərbaycan taekvondo millisinin baş məşqçisi Reza Mehmandust 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları və komandalararası dünya çempionatındakı nailiyyətlər barədə danışarkən deyib.

İranlı mütəxəssis bildirib ki, ardıcıl 2 il dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq heç də asan başa gəlməyib: "Qələbə qazananda danışmaq üçün mövzu çox olur. Bizdə də bu qalibiyyət çox şeyi - təfəkkürdən yeməyədək hər şeyi dəyişdi. Bütün komandalar məşq edirlər və çempionluq istəyirlər. Amma bir sıra səbəblərdən uduzurlar. Mən Azərbaycana gələndə komanda yaxşı vəziyyətdə deyildi. Amma bizə federasiya tərəfindən hər cür kömək göstərildi. Biz idmançılar arasında seçim apardıq və uğur qazanmağa başladıq. Artıq hər olimpiada üçün hazırlıq planımız var, 4 illik hədəfləri müəyyənləşdiririk. Hazırkı komandanın yetişməsi üçün federasiya və dövlət tərəfindən çox kömək olunub. Bizdə müəyyən çatışmazlıqlar da var. Lakin inanırıq ki, bütün bunları arxada qoyacağıq".

R.Mehmandust bəzi idmançıların əsas komandadan kənarda qalmasına da münasibət bildirib. Onun sözlərinə görə, 54 kq və 58 kq çəki dərəcələrində heyətə yeni idmançıların cəlb ediləcəkləri istisna deyil: "Bir yarış bitdisə, digərinə yeni heyətlə də getmək mümkündür".

Qeyd edək ki, Azərbaycan taekvondoçuları "Rio-2016"da 1 qızıl, 2 bürünc medal qazanıblar. 

Son xəbərlər

Orphus sistemi