Yığmalarımız Türkiyə milliləri ilə birgə təlim-məşq toplanışı keçəcək

Yığmalarımız Türkiyə milliləri ilə birgə təlim-məşq toplanışı keçəcək Azərbaycanın güləş yığmaları qarşıdakı mühüm yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarına start verib. Federasiyadan "Report"a verilən məlumata görə, sərbəst güləş üzrə milli baş məşqçi Namiq Abdullayev və məşqçi Arif Abdullayevin rəhbərliyi
Fərdi
5 Yanvar , 2021 16:02
Yığmalarımız Türkiyə milliləri ilə birgə təlim-məşq toplanışı keçəcək

Azərbaycanın güləş yığmaları qarşıdakı mühüm yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarına start verib.

Federasiyadan "Report"a verilən məlumata görə, sərbəst güləş üzrə milli baş məşqçi Namiq Abdullayev və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Bakıda toplanışa başlayıb.

Yanvarın 4-dən etibarən komanda gündə iki dəfə olmaqla məşq keçir. Hazırlıq prosesi yanvarın 14-dək davam edəcək.

Digər millilər isə təlim-məşq toplanışı keçmək üçün Türkiyənin İstanbul şəhərinə yollanıb. Qadınlardan ibarət yığmanın baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yanvarın 4-dən 20-dək qonşu ölkədə yerli komandayla birgə hazırlıq keçəcək.

Yunan-Roma güləşi üzrə milli də Türkiyə yığmasıyla birgə toplanışda iştirak edəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin nəzarəti altında sabah start götürəcək birgə toplanış yanvarın 16-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi