Yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başlayıb

Yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başlayıb Yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb.
Fərdi
23 Fevral , 2024 17:12
Yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başlayıb

Yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb.

"Report"un məlumatına görə, turnirin açılış mərasimində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edib.

O, ölkəmizdə idmana dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini qeyd edib, bir neçə gün əvvəl Bolqarıstan paytaxtı Sofiyada başa çatan Avropa çempionatında atletimiz Dadaş Dadaşbəylinin 3 qızıl medalla çempion olduğunu xatırladıb, onun bu qələbəsinin gənc nəsil üçün böyük stimul və nümunə rolunu oynayacağına əminliyini ifadə edib.

Yarış açıq elan edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Sonda bu il yubileylərini qeyd edən mütəxəssislər – Elxan Süleymanov və Sədrəddin Kazımova AAF-ın fəxri fərmanı və hədiyyələri təqdim edilib.

Turnirdə ilk olaraq qızlar "körpücük" üzərinə çıxıblar. Onlar 40, 45, 49, 55, 59, 64, 71, 76, 81 və +81 kq çəki dərəcələrində qalibləri müəyyən ediblər. Bu çəkilərdə müvafiq olaraq Maya Bağırlı, Nuray Əbilova, Malika Bikeçuyeva, Ravilya Abbasova, Milena Hüseynli, Aytən Əliyeva, Zəhra Niftəliyeva, Arzu Qədimova, Mələk Hüseynli, Nuranə Məhərrəmova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, yarışda ölkənin şəhər və rayonların idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edir.

Son xəbərlər

Orphus sistemi