Bakı. 18 dekabr. REPORT.AZ/ Dekabrın 18-19-da Dağıstanın Kaspiysk şəhərində yeniyetmələr arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri də iştirak edəcəklər.
"Report" AzərTAc-a istinadən xəbər verir ki, yığma komandanın böyük məşqçisi Nazim Əlicanov və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə qonşu respublikaya 8 güləşçimiz yollanıb.
Heyətdə Şahin Muxtarov (42 kq), Röyal Ağamalıyev (46 kq), Əliabbas Rzazadə (50 kq), Kənan Ağamalıyev (54 kq), Almazbek Süleymanov (58 kq), Hüseyn Hüseynzadə (63 kq), Şahmar Əzimov (76 kq) və Əli Əminov (100 kq) yer alıblar.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Murad Əliyev təmsil edəcək.