Yeniyetmə cüdoçuların ölkə birinciliyində növbəti qaliblər bəlli olub

Yeniyetmə cüdoçuların ölkə birinciliyində növbəti qaliblər bəlli olub Hövsanda yerləşən Fövqalədə Hallar Nazirliyinin İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi davam edir.
Fərdi
16 Yanvar , 2020 09:24
Yeniyetmə cüdoçuların ölkə birinciliyində növbəti qaliblər bəlli olub

Hövsanda yerləşən Fövqalədə Hallar Nazirliyinin İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi davam edir.

"Report"un məlumatına görə, yarışın ikinci günündə altı çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.

İslam Rəhimov (50 kq), Vüsal Qələndərzadə (66 kq), Hüseyn Dadaşov (90 kq), Xumar Qasımzadə (40 kq), Səbinə Qədirova (52 kq) və Emilya Mirzəyeva (70 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adına layiq görülüblər.

Qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub. Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 17-də yekun vurulacaq.

Qeyd edək ki, ölkə birinciliyində 74 klubdan 592 cüdoçu (505 oğlan, 87 qız) mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi