Yeniyetmə cüdoçuların Azərbaycan birinciliyinin ilk gününə yekun vurulub

Yeniyetmə cüdoçuların Azərbaycan birinciliyinin ilk gününə yekun vurulub Bakı. 16 noyabr. REPORT.AZ/ Sərhədçi Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinin ilk gününə yekun vurulub.
Fərdi
16 Noyabr , 2017 10:39
Yeniyetmə cüdoçuların Azərbaycan birinciliyinin ilk gününə yekun vurulub
Judo.az

Bakı. 16 noyabr. REPORT.AZ/ "Sərhədçi" Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinin ilk gününə yekun vurulub.

“Report” xəbər verir ki, yarışların birinci günü qızlar arasında bütün, oğlanların mübarizəsində isə iki çəki dərəcəsində qaliblər müəyyənləşib.

Yekunda Xəlilova Ruslana (36 kq), Şirinzadə Aydan (40 kq), Alıyeva Səbinə (44 kq), Kərimova Vüsalə (48 kq), Bayramova Ülviyyə (52 kq), Səfərova Fəridə (57 kq), Ağayeva Südabə (63 kq), Əmirli Nərmin (70 kq), Kərimova Rəvanə (+70 kq), Rzayev Aydın (46 kq) və Hacıyev Mirağa (50 kq) Azərbaycan çempionu adını qazanıblar.

Qeyd edək ki, yarışda 565 cüdoçu mübarizə aparır. Yeniyetmələrin ölkə birinciliyi noyabrın 17-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi