Yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub - VİDEO

Yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub - VİDEO Bakı. 17 noyabr. REPORT.AZ/ Sərhədçi Olimpiya İdman Mərkəzində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.
Fərdi
17 Noyabr , 2017 18:25
Yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub - VİDEO

Bakı. 17 noyabr. REPORT.AZ/ "Sərhədçi" Olimpiya İdman Mərkəzində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən xəbərə görə, yarışın sonuncu günü 119 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparıb. 

73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Hacıbala Cəbrayılov, İbrahim Ağakişiyev, Yaqub İsmayılzadə və Toğrul Salmanov ölkə birinciliyində son günün qalibi olub.

Üç gün davam edən respublika birinciliyinin yekununda medalların sayına görə “Neftçi İdman Klubu” birinci (4 qızıl, 2 gümüş, 6 bürünc medal), Təhsil RİM Sumqayıt ikinci (3 qızıl, 1 gümüş) və Təhsil RİOEUGİM-1 isə üçüncü (2 qızıl, 2 gümüş, 1 bürünc medal) yeri tutub. Yarışda yüksək nəticə göstərən yeniyetmə cüdoçulara Azərbaycan Cüdo Federasiyasının diplomları və medallar təqdim olunub.

Qeyd edək ki, cüdo üzrə Azərbaycan birinciliyində 565 idmançı mübarizə aparıb. Birinciliyin qalibləri və perespektivli cüdoçular yeniyetmələrdən ibarət milli komandanın heyətinə cəlb olunacaq.

Son xəbərlər

Orphus sistemi