Yeni güləş zalı istifadəyə verildi

Yeni güləş zalı istifadəyə verildi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrə dərslərdə maksimum şəraitin yaradılması məqsədi ilə əsaslı təmir olunan güləş zalı istifadəyə verilib.
Fərdi
23 Sentyabr , 2020 11:00
Yeni güləş zalı istifadəyə verildi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrə dərslərdə maksimum şəraitin yaradılması məqsədi ilə əsaslı təmir olunan güləş zalı istifadəyə verilib. 

"Report"un məlumatına görə, açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov və Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev iştirak edib. Akademiyanın rektoru Fuad Hacıyev qonaqları yenidənqurma işləri ilə yaxından tanış edib. 

Ümumi sahasi 402 kv m olan güləş zalı məşq zamanı tələbələrin fiziki dözümlülüyünün artırılması üçün xüsusi müasir avadanlıqlarla təchiz olunub. 

Güləş zalında həmçinin uzun illər akademiyada fəaliyyət göstərən "İdmanın təkmübarizlik növləri" kafedrasının müdiri professor Xanlar Qurbanovun həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb, xatirə lövhəsi asılıb.

Mövcud pandemiya şəraitinə uyğun olaraq Nazirlər Kabitenin avqustun 29-da 312 nömrəli "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili" barədə qərarına əsasən akademiyada tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər mütəmadi həyata keçirilir. Akademiyanın 3 giriş-çıxış məntəqələrinə qısa müddət ərzində 15-20 tələbənin hərarətini ölçmək imkanı olan universal, professor-müəllim və inzibati heyətüçün isə fərdi teplovizorlar quraşdırılıb. Sosial məsafənin saxlanılması üçün yerdə çəkilmiş dayanma işarələri vurulub. 

Son xəbərlər

Orphus sistemi