Yeddi bıçaq yarası alan sabiq polis Bakıdakı "Formula 1" yarışına udduğu biletlə gəlib

Yeddi bıçaq yarası alan sabiq polis Bakıdakı "Formula 1" yarışına udduğu biletlə gəlib İngiltərənin Suindon şəhərində yaşayan sabiq polis əməkdaşı Nil Sempson “Virgin” radiosunun müsabiqəsində udduğu biletlə “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisini canlı izləyib.
Fərdi
378
7 May , 2019 14:24
Yeddi bıçaq yarası alan sabiq polis Bakıdakı Formula 1 yarışına udduğu biletlə gəlib

İngiltərənin Suindon şəhərində yaşayan sabiq polis əməkdaşı Nil Sempson “Virgin” radiosunun müsabiqəsində udduğu biletlə “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisini canlı izləyib.

“Report” “Swindon Advertiser” portalına istinadən xəbər verir ki, 54 yaşlı britaniyalı həyat yoldaşı Mendi ilə birlikdə Bakıda olub. Sempson müsabiqədə qalib olmasını böyük sevinclə qarşılayıb: “Mənim bəxtim gətirib. Çünki bıçaq yarası alaraq ölən adamlar var. Mənə 7 bıçaq vurulmuşdu, amma indi burada sizinlə söhbət edirəm. Bilet udmağım gözlənilməz oldu. Bakıda “McLaren”nin qarajına baş çəkdik. Ora əla yer idi”.

Qeyd edək ki, polis itlərininin təlimçisi işləyən Nil Sempson 2008-ci ildə cinayətkarın hücumuna məruz qalıb və 7 bıçaq yarası alıb. O, 5 il öncə polis sistemini tərk edərək avtosalonda işə düzəlib. Suindon sakini bir müddət əvvəl başqa bir müsabiqədə 1000 funt sterlinq udub.

SOCAR Azərbaycan Qran-prisi 26 – 28 apreldə keçirilib. Yarışın qalibi “Mercedes”in pilotu Valtteri Bottas olub.

Son xəbərlər

Orphus sistemi