Yay Olimpiya Oyunlarında açılış mərasimi zamanı komandaların parada çıxma qaydası dəyişdirilib.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin kommunikasiya üzrə direktoru Mark Adams mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əsas dəyişiklik paradı bağlayacaq komandalarla bağlıdır. Bundan sonra sonuncu kollektivlər növbəti olimpiadanı qəbul edəcək ölkələr və ev sahibi olacaq. Beləliklə, Tokio-2020 Yay Olimpiya Oyunlarında paradı ABŞ, Fransa və Yaponiya yığmaları bağlayacaqlar.
Həmçinin ənənəvi olaraq paradı açan Yunanıstanın ardınca qaçqınların komandası keçid edəcək.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul – 9 avqustda keçiriləcək.