Yaşar Bəşirov yenidən EKF-in İcraiyyə komitəsinin üzvü seçilib

Yaşar Bəşirov yenidən EKF-in İcraiyyə komitəsinin üzvü seçilib Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov növbəti 4 il müddətində bu vəzifədə fəaliyyətini davam etdirəcək.
Fərdi
18 May , 2021 23:47
Yaşar Bəşirov yenidən EKF-in İcraiyyə komitəsinin üzvü seçilib

Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov növbəti 4 il müddətində bu vəzifədə fəaliyyətini davam etdirəcək.

Azərbaycan Milli Karate Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, o, Xorvatiyanın Poreç şəhərində EKF-in konqresində, təşkilatın 53 üzv ölkəsindən yığıncağa qatılan 43 dövlət nümayəndələri arasında seçkidə böyük üstünlüklə qalib gəlib.

Yığıncaqda bu ilin avqustunda Finlandiyanın Tampere şəhərində, 2022-ci ildə isə Çexiyanın paytaxtı Praqada yeniyetmə və gənclərin Avropa çempionatının, eləcə də, gələn il Türkiyənin Qaziantep şəhərində təşkil olunacaq böyüklərin qitə çempionatının rəsmi təqdimatı keçirilib. Daha sonra 2020-2021-ci illərin maliyyə hesabatı, 2021-2022-ci illərin büdcəsi və EKF İdman komissiyasının məruzəsi dinlənilib.

EKF prezidenti Antonio Espinos təşkilatın idarəedici orqanına yeni seçilən üzvləri təbrik edərək onlara uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi