Yuxarı

Yaşar Bəşirov: "Ermənilər karateçilərimiz tərəfindən döyüldükdən sonra bizə azarkeşlik edirlər"

Biz onları buna məcbur etmişik

Bakı. 30 yanvar. REPORT.AZ/ "Ermənistanın karate yığmasının Bakıda keçiriləcək Avropa Oyunlarına qatılacağına inanmıram". Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.

Y.Bəşirov bildirib ki, hələlik Ermənistan tərəfindən hər hansı qəti fikir səsləndirilməyib: "Əvvəl dedilər gözlənilmir, sonra dedilər gözlənilir. Digər növlərdə bilmirəm, amma karatedə ermənilər çox zəifdirlər. Yəqin ki, özləri burada biabır olmaq istəməzlər".

Federasiya prezidentinin sözlərinə görə, son zamanlar Ermənistan yığması beynəlxalq yarışlarda Azərbaycan karateçilərinin azarkeşinə çevrilib. Bu, 10 il öncə iki ölkə idmançıları arasında baş vermiş insidentdən sonra baş verib: "Biz onları buna məcbur etmişik. 2005-ci ildə Kiprdə keçirilən gənclər arasında dünya çempionatının açılış mərasiminə çıxarkən ermənilər öz başları üzərində olan bayrağımızı kənara itələmişdilər. Bundan qəzəblənən idmançılarımız onları döymüşdülər. Bu hadisədən sonra Ümundünya Karate Federasiyası Azərbaycanı bir il müddətinə öz sıralarından xaric etmişdi. Amma yarım ildən sonra üzvlüyümüzü bərpa etdirməyə nail olmuşdum. O hadisədən sonra ermənilər yarış vaxtı zalda bizim nümayəndə heyətimizlə birgə oturub karateçilərimizə azarkeşlik edir, qalib gəldiyimiz vaxt əl çalırlar".

Qeyd edək ki, I Avropa Oyunlarında karate yarışları 13-14 iyunda olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi