Yarış vaxtı motosikletçi ilə toqquşan belçikalı velosipedçi dünyasını dəyişib

Yarış vaxtı motosikletçi ilə toqquşan belçikalı velosipedçi dünyasını dəyişib Xəstəxanada onun həyatını xilas etmək mümkün olmayıb
Fərdi
28 Mart , 2016 08:28
Yarış vaxtı motosikletçi ilə toqquşan belçikalı velosipedçi dünyasını dəyişib

Bakı. 28 mart. REPORT.AZ/ "Wanty-Gobert" komandasının velosipedçisi Antuan Demuati birgünlük "Gent-Vevelgem" yürüşündə motosikletçi ilə toqquşma nəticəsində həyatını itirib. "Report"un məlumatına görə, 26 yaşlı idmançı Fransanın şimalında baş vermiş insidentdən sonra Lill xəstəxanasına yerləşdirilib. 

İntensiv terapiya şöbəsində həkimlərin səylərinə baxmayaraq, belçikalı velosipedçinin həyatını xilas etmək mümkün olmayıb. 

Hazırda işi polis araşdırır. 

Son xəbərlər

Orphus sistemi