Yaponiyanın əcnəbi azarkeşsiz olimpiadadan itkisi məlum oldu

Yaponiyanın əcnəbi azarkeşsiz olimpiadadan itkisi məlum oldu Yaponiya Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının əcnəbi azarkeşsiz keçirilməsinə dair qərar üzündən 150 milyard yen (1,37 milyard ABŞ dolları) itirəcək.
Fərdi
21 Mart , 2021 11:08
Yaponiyanın əcnəbi azarkeşsiz olimpiadadan itkisi məlum oldu

Yaponiya Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının əcnəbi azarkeşsiz keçirilməsinə dair qərar üzündən 150 milyard yen (1,37 milyard ABŞ dolları) itirəcək.

"Report"un məlumatına görə, belə qənaətə "Nomura" tədqiqatlar institutunun iqtisadçıları gəlib. Göstəricilər daxili bazarın və koronavirus pandemiyasınadək əcnəbi turistlərin tələbat səviyyəsinin analizinə əsaslanıb. Daha çox mehmanxana və restoran biznesi zərər görəcək. Əlavə itkilər Oyunların təşkilatçılarının yarışlar zamanı tribunalarda yaponiyalı azarkeşlərə məhdudiyyət qoymağı qərara alacaqları təqdirdə ortaya çıxa bilər.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi