Yaponiyalı nazir: "Olimpiada, nəyin bahasına olursa-olsun, keçirilməlidir"

Yaponiyalı nazir: "Olimpiada, nəyin bahasına olursa-olsun, keçirilməlidir" "Koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilə təxirə salınmış Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarını idmançılar və təşkilatçıların hazırlığa sərf etdikləri səyləri də nəzərə alınmaqla, nəyin bahasına olursa-olsun, keçirmək lazımdır".
Fərdi
8 Sentyabr , 2020 09:48
Yaponiyalı nazir: Olimpiada, nəyin bahasına olursa-olsun, keçirilməlidir
Seyko Hasimoto

"Koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilə təxirə salınmış Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarını idmançılar və təşkilatçıların hazırlığa sərf etdikləri səyləri də nəzərə alınmaqla, nəyin bahasına olursa-olsun, keçirmək lazımdır". 

"Report"un "Kyodo" agentliyinə istinadən məlumatına görə, bunu Yaponiyanın Olimpiada və Paralimpiada üzrə naziri Seyko Hasimoto deyib. 

"Oyunlarla əlaqəli olan bütün şəxslər birgə çalışır və hazırlıq işlərini görürlər. Bu, hazırkı şəraitdə ciddi səylər ortaya qoyan idmançılara da aiddir. Biz olimpiadanı istənilən halda keçirməliyik" deyə o, əlavə edib. 

Daha əvvəl Beynəlxalq Olimpiya Komitəsinin (IOC) vitse-prezidenti Con Kouts "Tokio-2020"nin koronavirus olsa da, olmasa da gerçəkləşəcəyini açıqlayıb. 

Qeyd edək ki, Tokio Yay Olimpiya və Paralimpiya Oyunları bu il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən Oyunlar 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb. Bununla belə, "Tokio-2020" adı saxlanılıb. 

İyunda Təşkilat Komitəsi Oyunların formatının sadələşdirilməsi lehinə çıxış edib. Yarışların üç baza prinsipi əsasında təşkili planlaşdırılır. Bunlar təhlükəsizliyin təmin olunması, xərclərin minimallaşdırılması və formatın yüngülləşdirilməsidir. 

Son xəbərlər

Orphus sistemi