Yaponiya şirkətlərinin yarıdan çoxu "Tokio-2020"yə qarşı çıxdı

Yaponiya şirkətlərinin yarıdan çoxu "Tokio-2020"yə qarşı çıxdı Yaponiya şirkətlərinin ən azı 56 faizi Tokio Yay Olimpiya Oyunlarının koronavirusun yayılma təhlükəsi üzündən təxirə salınması və ya ləğvinin lehinə səs verib
Fərdi
15 fevral 2021 08:58
Yaponiya şirkətlərinin yarıdan çoxu Tokio-2020yə qarşı çıxdı

Yaponiya şirkətlərinin ən azı 56 faizi Tokio Yay Olimpiya Oyunlarının koronavirusun yayılma təhlükəsi üzündən təxirə salınması və ya ləğvinin lehinə səs verib.

"Report"un məlumatına görə, bu, "Tokyo Shoko Research" firmasının apardığı araşdırma nəticəsində bəlli olub.

Oyunların məhdud sayda azarkeşlə keçirilməsi lehinə 20 faiz, azarkeşsiz təşkilinə 17 faiz, tam formatda baş tutması üçün isə 7,7 faiz dəstək ifadə olunub. Bundan başqa Yaponiya şirkətlərinin 70 faizdən çoxu olimpiadanın ləğvi və ya təxirə salınmasının onların gəlirlərinə cüzi təsir göstərəcəyini bildirib.

Qeyd edək ki, 24 iyul - 9 avqust 2020-ci ildə keçirilməli olan Tokio Yay Olimpiya Oyunları bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Bununla belə, "Tokio-2020" adı saxlanılıb.

Son xəbərlər

Orphus sistemi