Yaponiya: Olimpiya Oyunları təxirə salına bilər

Yaponiya: Olimpiya Oyunları təxirə salına bilər Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salına bilər.
Fərdi
23 Mart , 2020 04:54
Yaponiya: Olimpiya Oyunları təxirə salına bilər

Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salına bilər.

“Report” xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Sindzo Abe deyib.

Baş nazir bildirib ki, əgər tam formatda keçirmək mümkün olmasa, Olimpiadanın təxirə salınması mümkündür.

"Beynəlxalq Olimpiya Komitəsinin mövqeyi (Olimpiadanı) tam formatda keçirməyə uyğundur. Əgər bunu həyata keçirmək mümkün olsa, onda təxirə salma haqqında qərar qəbul etmək lazım gələcək. Biz ilk növbədə idmançılar haqqında düşünməliyik", - o deyib.

Abe həmçinin vurğulayıb ki, Olimpiadanın keçirilməsi haqqında qərarı Beynəlxalq Olimpiya Komitəsi qəbul edir və bu mərhələdə Oyunların ləğvi haqqında məsələ gündəmdə deyil.

Qeyd edək ki, ötən gün Tokio-2020 Yay Olimpiya Oyunlarının təşkilatçılarının olimpiadanın koronavirus pandemiyası ilə əlaqədar daha gec tarixə təxirə salınması istiqamətində mümkün variantları nəzərdən keçirməyə başlaması barədə bildirilib.

Bu barədə "Reuters" agentliyi vəziyyətlə tanış olan iki mənbəyə istinadən məlumat yayıb. Mənbələrdən biri onlardan oyunların təxirə salınma halına simulyasiya etməyin xahiş olunduğunu söyləyib. Digəri isə deyib: "Biz alternativ planlar üzərində işləyir, təxirəsalmanın müxtəlif müddətlərini öyrənirik".

Son xəbərlər

Orphus sistemi