Yaponiya koronavirusa görə olimpiadanın ləğv edilməsini düşünmür

Yaponiya koronavirusa görə olimpiadanın ləğv edilməsini düşünmür Yaponiya koronavirusun Çində yayılması ilə əlaqədar Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğv edilməsini düşünmür.
Fərdi
3 Fevral , 2020 12:17
Yaponiya koronavirusa görə olimpiadanın ləğv edilməsini düşünmür

Yaponiya koronavirusun Çində yayılması ilə əlaqədar Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğv edilməsini düşünmür.

"Report" TASS-a istinadən xəbər verir ki, bu həftə yarış vaxtı yoluxucu xəstəliklərlə mübarizə tədbirlərinin müzakirə olunacağı iclas keçiriləcək. Bu barədə Olimpiya və Paralimpiya Oyunlarına məsul nazir Seyko Hasimoto parlamentin aşağı palatasının büdcə komissiyasının iclasında bildirib. O, Təşkilat Komitəsinin yarışların ləğvi məsələsinə baxmadığını vurğulayıb: "Oyunların uğurlu keçirilməsi üçün hər cür səy göstərmək niyyətindəyik. Yoluxucu xəstəliklərin qarşısının alınmasının son dərəcə vacib olduğuna əsaslanaraq Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqədə işləyirik".

Qeyd edək ki, Tokio-2020 olimpiadası 24 iyul - 9 avqustda, paralimpiada isə 25 avqust - 6 sentyabrda olacaq. Çində koronavirusa yoluxanların sayı 17205 nəfərə, ölənlərin sayı 361-ə çatıb

Son xəbərlər

Orphus sistemi