Yaponiya idmançıları da "Zika" virusu üzündən olimpiadanı buraxa bilər

Yaponiya idmançıları da "Zika" virusu üzündən olimpiadanı buraxa bilər Hazırda problemin ən münasib həlli üzərində iş gedir
Fərdi
10 fevral 2016 10:31
Yaponiya idmançıları da Zika virusu üzündən olimpiadanı buraxa bilər

Bakı. 10 fevral. REPORT.AZ/ Yaponiya Olimpiya Komitəsi (JOC) öz idmançılarını "Zika" virusu üzündən 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına buraxmaya bilər. "Report"un məlumatına görə, bu barədə komitədən TASS-a açıqlama verilib. 

Bildirilib ki, hazırda problemin ən münasib həlli üzərində iş gedir. Komitə Yaponiya İdman İdarəsi və digər maraqlı təşkilatlarla məsləhətləşir: "JOC Rio-2016 Təşkilat Komitəsi ilə informasiya mübadiləsi aparır, ən əlverişli qərarın qəbulu üzərində işləyir".  

Qeyd edək ki, daha öncə ABŞ və Keniya da olimpiadaya qatılmamalarının mümkünlüyünü açıqlayıb. Rio-2016 5 - 21 avqustda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi