Yuxarı

Yaponiyanın 100 yaşlı sakini üzgüçülük üzrə rekord müəyyənləşdirib

Mieko Maqaoka 1,5 km məsafəni 1 saat 16 dəqiqəyə üzüb

Bakı. 6 aprel. REPORT.AZ/ Yaponiyalı Mieko Naqaoka 100 yaşında 1,5 km məsafəni üzərək yeni rekorda imza atıb. "Report"un "Kyodo News"a istinadən verdiyi məlumata görə, M.Naqaoka dünyanın 100 yaş və yuxarı sakinləri arasında bu məsafəni qət etməyi bacaran ilk şəxs olub. 

O, finişə 1 saat 16 dəqiqəyə çatıb. "Mən 105 yaşımadək üzmək istəyirəm. Təbii ki, bu qədər yaşasam" deyə qadın üzgüçü bildirib. 

Qeyd edək ki, Mieko Naqaokanın nailiyyətinin Ginnesin Rekordlar Kitabına salınacağı gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi