Xəzər dənizindən start götürən "Bakı 2017" ümumxalq səyahət turu Gəncəyə çatıb - FOTO

Xəzər dənizindən start götürən "Bakı 2017" ümumxalq səyahət turu Gəncəyə çatıb - FOTO Səyahətin növbəti dayanacağı 21 aprel tarixində Şəmkir rayonu olacaq
Fərdi
19 Aprel , 2017 16:23
Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu Gəncəyə çatıb - FOTO
Report.az

Gəncə. 19 aprel REPORT.AZ/ Xəzər dənizindən başlayan, 37 gün ərzində 3 000 km-dən artıq məsafəni qət edəcək bu səyahət 15 bölgəni əhatə edəcək.

"Report"un Qərb bürosunun məlumatına görə, ilk olaraq Göy-göl gölünün ətrafında Su mərasimi keçirilib. Mərasımdə piano və skripka həvəskarı Aysu Salahova, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov və sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov tərəfindən göldən səhəngə su doldurulması nümayiş etdirilib. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilməsi üçün festiva aparılıb. Qeyd edək ki, Bakıdan səyahətə başlayan bu səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.

Daha sonra günorta saatlarnda “Domestic Grassroots” proqramı çərçivəsində Gəncə şəhər Olimpiya İdman kompleksində daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirilib. Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olunub. Tədbirin qonaqları arasında Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının Ulduz Səfiri Tünzalə Ağayeva da iştirak edib. Orta məktəb şagirdlərinin iştirakı ilə keçirilən tədbir qonaqlara əyləncəli və rəngarəng anlar yaşadıb.

Mərasim axşam saatlarında Heydər Əliyev Parkındakı Amfiteatrda keçirilən Su festivalı tədbiri ilə davam edəcək. Tədbirə sərbəst giriş imkanı olan region sakinlərini, 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Gəncə sakinlərinə təhvil verməsi görüntülərini izləyəcəklər və daha sonra Mirvari rəqs qrupu və Buta vokal ansamblının ifasında və möhtəşəm su effektləri göstəriləcək. Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatacaq.Qeyd edək ki, möhtəşəm Su tədbirlərinin Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 21 aprel tarixində Şəmkir rayonu olacaq.

Son xəbərlər

Orphus sistemi