Xaçmazda kiqboksinq üzrə şimal birinciliyinə start verilib

Xaçmazda kiqboksinq üzrə şimal birinciliyinə start verilib Yarış bir gün davam edəcək
Fərdi
15 Yanvar , 2017 17:31
Xaçmazda kiqboksinq üzrə şimal birinciliyinə start verilib

Xaçmaz. 15 yanvar. REPORT.AZ/ Xaçmazda kiqboksinq üzrə şimal birinciliyinə start verilib.

Xaçmaz komandasının baş məşqçisi Ramin Nəcəfovun "Report"a verdiyi məlumata görə, yarış Ümumxalq Hüzn Günü olan 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunub.

İdman turnirində Bakı şəhərindən, Quba, Qusar, Şamaxı və Xaçmaz rayonlarından 200-ə yaxın idmançı iştirak edir. Birincilik 1999-2011 təvəllüdlü yeniyetmə və gənclər arasında keçirilir.

Yarış bir gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi