"World Masters”: İki cüdoçumuz gümüş medal qazandı

"World Masters”: İki cüdoçumuz gümüş medal qazandı Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən "World Masters” turnirində final görüşünə çıxıb.
Fərdi
13 Yanvar , 2021 19:59
World Masters”: İki cüdoçumuz gümüş medal qazandı

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska "World Masters” turnirində gümüş medal qazanıb.

"Report"un məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı finalda fransalı Romana Dikkonu sınağa çəkib və rəqibinə ipponla uduzub.

Qeyd edək ki, daha əvvəl 100 kq-da yarışan Zelim Kotsoyev finalda məğlub olaraq, gümüş medal əldə edib.

19:28

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən "World Masters” turnirində final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Gürcüstan təmsilçisi Varlam Liparteliani ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Kotsoyev gümüş medalla kifayətlənib. Bu, Azərbaycanın turnirdə ilk medalı olub.

Qeyd edək ki, Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska da "World Masters” turnirində finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə fransalı Romana Dikkonu sınağa çəkəcək.

Son xəbərlər

Orphus sistemi