WKF prezidenti: "Karatenin Los-Anceles olimpiadasına salınması üçün iş gedir"

WKF prezidenti: "Karatenin Los-Anceles olimpiadasına salınması üçün iş gedir" "Biz karatenin 2028-ci ildə Los Anceles Olimpiadasında yer alması üçün çalışırıq. Bunun üzərində iş gedir".
Fərdi
1 sentyabr 2022 13:41
WKF prezidenti: Karatenin Los-Anceles olimpiadasına salınması üçün iş gedir

"Biz karatenin 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarının proqramında yer alması üçün çalışırıq. Bunun üzərində iş gedir".

"Report"un məlumatına görə, bunu WKF (Ümumdünya Karate Federasiya) prezidenti Antonio Espinos Bakıda keçiriləcək karate üzrə Premyer Liqa yarışının mətbuat konfransında deyib.

İspaniyalı funksioner karatenin Tokio-2020-dən sonra olimpiada proqramından çıxarılma səbəbini bilmədiyini söyləyib: "Amma onu deyə bilərəm ki, karate olimpiadanın fəlsəfəsinə uyğun gələn idman növüdür".

O, Azərbaycanda karatenin səviyyəsindən də danışıb: "Əslində burada sirr yoxdur. Azərbaycan idmançıları olimpiadalarda yüksək nəticələr əldə ediblər. Bu prizmadan yanaşsaq, ölkədə karatenin necə inkişafda olduğu görünür".

Espinos bildirib ki, bəzi karate federasiyalarında maliyyə problemlərinin olması təəssüf doğurur: "Karatedə bir Olimpiya halqası çatışmır. Amma ümumilikdə karate universal idman növüdür".

Avropa Karate Federasiyasının baş katibi Davor Çipek isə bildirib ki, Azərbaycanda karate inkişafdadır.

Qeyd edək ki, Premyer Liqa 2 - 4 sentyabrda Heydər Əliyev adına İdman Kompleksində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi