Vüqar Salahov: "Azad olunmuş torpaqlarda daha böyük yarış keçirmək istəyirik"

Vüqar Salahov: "Azad olunmuş torpaqlarda daha böyük yarış keçirmək istəyirik" "Veloyürüşdə 4 komanda ilə təmsil olunuruq. Daha çox əsas milliyə köklənmişik və onlardan uğur gözləyirik".
Fərdi
8 iyul 2022 07:30
Vüqar Salahov: Azad olunmuş torpaqlarda daha böyük yarış keçirmək istəyirik

"Veloyürüşdə 4 komanda ilə təmsil olunuruq. Daha çox əsas milliyə köklənmişik və onlardan uğur gözləyirik".

"Report"un məlumatına görə, bunu Azərbaycan Velosiped Federasiyasının (AVF) İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov "Əziz Şuşa" beynəlxalq veloyürüşünə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bu, AVF-in işğaldan azad olunmuş torpaqlarda ilk yarışıdır: "Bu, bizim çoxdankı arzumuzdur. Gələcəkdə daha çox mərhələləli yarış təşkil etmək istəyirik".

Salahov hər mərhələ üçün ayrıca mükafatlandırma olacağını söyləyib: "Ümumi nəticədə və komanda hesabında da hər 3 nəfəri ayrıca mükafatlandıracağıq".

Qeyd edək ki, beynəlxalq velotur 9-10 iyulda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi