Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess" superturnirinin açılış mərasimi keçirilib.
"Report"un Şəmkir şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə,
Gənclər və idman naziri
SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov şirkətin prezidenti
Vüqar Həşimovun atası Qasım Həşimov artıq bu superturnirin ənənəvi təşkili üçün heç bir tərəddüdlərin qalmadığını vurğulayıb. O, belə səviyyəli yarışın keçirilməsinə görə Prezident
"Shamkir Chess"in Təşkilat Komitəsinin sədri, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yenə turnirdə ən güclü şahmatçıların qatıldığını diqqətə çatdırıb və bunu sevindirici hal adlandırıb: "Azərbaycanda şahmata münasibət tam fərqlidir. Dövlət proqramının qəbulu uğurlarımıza təsirsiz ötüşmədi. Kişilərdən ibarət yığmamız 3 dəfə Avropa çempionu oldu. Buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdaram".
M.Məmmədov turnirdə FIDE-nin yeni prezidenti Arkadi Dvorkoviçin də iştirakının gözlənildiyini bildirib. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov "Shamkir Chess"də hər il ən güclü şahmatçıların iştirakına nail olduqlarını diqqətə çatdırıb. Federasiya rəsmisi bu il də yarışın maraqlı keçəcəyini vurğulayıb. O, dünya çempionu Maqnus Karlsenin ən yüksək reytinq xalını məhz "Shamkir Chess"də topladığını açıqlayıb.Daha sonra yarışın püşkü atılıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, Synergy Group-un tərəfdaşlığıyla keçirilən XXII kateqoriyalı Vüqar Həşimov Memorialında bu dəfə də FİDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparacaq. Superturnirdə şahmat üzrə hazırkı dünya çempionu, "Shamkir Chess"in üçqat qalibi, FİDE reytinqində ilk pillədə qərarlaşan Maqnus Karlsen (Norveç, 2845), Çin şahmatçısı Dinq Liren (Çin, 2812, FİDE reytinqində 3-cü yer), Hollandiya şahmatının lideri Aniş Giri (2797, FİDE reytinqində 4-cü yer), sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan, 2779), Rusiya şahmatçısı Aleksandr Qrişuk (Rusiya, 2771), Dünya Kubokunun qalibi, şahmat tacı uğrunda matçın iştirakçısı Sergey Karyakin (Rusiya, 2753), FİDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2740), çexiyalı David Navara (2739) iştirak edəcək.
Azərbaycanı Vüqar Həşimov Memorialında Shamkir Chess superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FİDE reytinqində beşinci pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2790), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2756) təmsil edəcək.
XXII kateqoriyalı superturnirin reytinq favoriti Norveç təmsilçisi Maqnus Karlsendir. Hazırkı dünya çempionu Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində 2845 xalla 1-ci pillədə qərarlaşıb. urnirə aprelin 9-da yekun vurulacaq.