"Vüqar Həşimov" klubu Avropa Kubokunda mübarizə aparacaq

"Vüqar Həşimov" klubu Avropa Kubokunda mübarizə aparacaq Şahmat üzrə "Vüqar Həşimov" klubu sentyabrda Şimali Makedoniyada keçiriləcək 36-cı Avropa Kubokunda iştirak edəcək.
Fərdi
25 Avqust , 2021 11:12
Vüqar Həşimov klubu Avropa Kubokunda mübarizə aparacaq

Şahmat üzrə "Vüqar Həşimov" klubu sentyabrda Şimali Makedoniyada keçiriləcək 36-cı Avropa Kubokunda iştirak edəcək.

Federasiyadan "Report"a verilən məlumata görə, heyətdə Avropa çempionu Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, yeniyetmələrin dünya birinciliyinin qalibi, Ümumdünya Şahmat Olimpiadasının qızıl medalçıları Aydın Süleymamlı və Əhməd Əhmədzadə, eləcə də Ülvi Sadıqov və Murad İbrahimli yer alacaq.

Komandanın kapitanı FIDE məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyev olacaq.

Qeyd edək ki, Avropa Kuboku 17 - 25 sentyabrda təşkil olunacaq. 2020-ci ildəki yarış pandemiya səbəbindən keçirilməyib.

Son xəbərlər

Orphus sistemi