Yuxarı

Vladimir Kramnik: "Rauf ehtiyatlı oynadı" - FOTO

@Sona qədər yaxşı oynamaq tələb olunur

Bakı. 19 aprel. REPORT.AZ/ Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirinin 3-cü turunda Vladimir Kramnik (Rusiya) azərbaycanlı şahmatçı Rauf Məmmədovla heç-heçə oynayıb.

"Report" xəbər verir ki, Rusiyalı dünya çempionu mətbuat konfransında həm partiya, həm də turnirin ilk III turu haqda danışıb: "Maraqlı partiya alındı. Əslində bəzi gedişlərlə üstünlük qazana bilərdim. Normal mübarizə oldu. Heç-heçə indiki halda pis nəticə deyil. Rauf ehtiyatlı oynadı. Risk etmək olardı, sadəcə oyunda fəallıq hiss olunmurdu. Turnir indi başlayıb. Aktivimdə 2 xal var. Düşünürəm ki, indi liderlər qrupunda olmaq hələ heç nə demək deyil. Son turlar daha çətin olacaq. Sabah Vişvanatan Ananda qarşı oynayıram. Sonra Karlsenə qarşı mübarizə olacaq. Hər tur lider dəyişə bilər. Bu mənada sona qədər yaxşı oynamaq tələb olunur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi