Vladimir Kramnik: "İddiaçılar Turnirində aşkar favorit və autsayder yoxdur"

Vladimir Kramnik: "İddiaçılar Turnirində aşkar favorit və autsayder yoxdur" "İndi vəziyyət tam fərqlidir"
Fərdi
898
7 Mart , 2018 09:36
Vladimir Kramnik: İddiaçılar Turnirində aşkar favorit və autsayder yoxdur

Bakı. 7 mart. REPORT.AZ/ "İddiaçılar Turnirində autsayder yoxdur". "Report" xəbər verir ki, bu barədə rusiyalı qrossmeyster Vladimir Kramnik "İzvestiya"ya müsahibəsində martın 10-da Almaniyanın paytaxtı Berlində start götürəcək turnir barədə danışarkən deyib.

14-cü dünya çempionu nüfuzlu yarış iştirakçılarının hazırkı tərkibinin tarixdə ən güclü olması fikri ilə tam razılaşdığını bildirib: "Bütün 8 iştirakçı FİDE reytinqində ilk "15-liy"ə daxildir. Bu, sadəcə deyilmiş sözlər yox, obyektiv göstəricidir. Turnirdə autsayder yoxdur. Fikrimcə, qalib adını kimin qazanacağını demək tarixdə ilk dəfə mümkün deyil. Adətən, özünü yaxşı tərəfdən göstərə biləcək bir-iki nəfərin adlarını demək mümkün olur. Amma indi vəziyyət tam fərqlidir. Hamı uğur qazanmaq üçün bərabər şanslara malikdir. Bu, turnirə əlavə maraq qatır".

Qeyd edək ki, martın 28-dək davam edəcək İddiaçılar Turnirinə 8 şahmatçı qatılacaq. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov və yarışa "wild card"la qatılan Vladimir Kramnikdən əlavə, rusiyalı Sergey Karyakin və Aleksandr Qrişuk, ABŞ təmsilçiləri Fabiano Karuana və Uesli So, ermənistanlı Levon Aronyan və çinli Din Lijen bir-biriləri ilə 2 dövrəlik mübarizə aparacaqlar. Qalib şahmatçı dünya çempionluğu uğrunda görüşdə bu titulun hazırkı sahibi, norveçli Maqnus Karlsenlə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi