Velosipedçimiz yıxılıb durdu, finişə çatdı - FOTO

Velosipedçimiz yıxılıb durdu, finişə çatdı - FOTO Türkiyənin Antalya şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “GP Antalya” yarışı keçirilib.
Fərdi
17 Fevral , 2020 13:07
Velosipedçimiz yıxılıb durdu, finişə çatdı - FOTO

Türkiyənin Antalya şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “GP Antalya” yarışı keçirilib. 

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 119 km məsafəyə 2 saat, 45 dəqiqə, 25 saniyəyə çatan 32 nəfərlik qrupda Azərbaycan yığmasının üzvü Nəcəf Bağırov da olub. O, fotofinişə əsasən 13-cü nəticə göstərib. 

Finişə 400 metr qalmış yığmanın digər üzvü Əli Qurbanov yıxılaraq yüngül zədə alsa da, mübarizəni davam etdirərək finiş xəttini keçə bilib. 

Son xəbərlər

Orphus sistemi