Bakı. 18 yanvar. REPORT.AZ/ Yanvarın 16-da Kolumbiyanın Kali şəhərində velosiped idmanının trek növü üzrə Dünya Kubokunun sonuncu – üçüncü mərhələsi start götürüb.
"Report" xəbər verir ki, ötən gün turnirdə Azərbaycanı təmsil edən iki idmançıdan biri - Olqa İsmayılova 200 metr məsafəyə sprint yarışlarında rusiyalı idmançı Viktoriya Tümnevaya qalib gələrək 1/4 finala vəsiqə qazanıb.
Dünya Kubokunda 38 ölkədən ümumilikdə 308 idmançı iştirak edir. Azərbaycan yarışda 2 velosipedçi - Olqa İsmayılova və Sergey Omelçenko ilə təmsil olunur.