FİDE prezidenti "Nakhchivan Open-2015" beynəlxalq şahmat turnirinin bağlanış mərasiminə qatılıb

FİDE prezidenti "Nakhchivan Open-2015" beynəlxalq şahmat turnirinin bağlanış mərasiminə qatılıb Vasif Talıbov ​FİDE prezidenti ilə şahmat oynayıb
Fərdi
11 May , 2015 15:39
FİDE prezidenti Nakhchivan Open-2015 beynəlxalq şahmat turnirinin bağlanış mərasiminə qatılıb

Bakı. 11 may. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov Naxçıvanda səfərdə olub. 

"Report"un məlumatına görə, rusiyalı qonaq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədovla görüşüb.

Kirsan İlümjinov Heydər Əliyevin abidəsini və muzeyini ziyarət edib. Daha sonra FİDE prezidenti V.Talıbov və A.Rəhimovla birgə "Nakhchivan Open-2015" Beynəlxalq şahmat turnirinin bağlanış mərasiminə qatılıb. Qonaq turnirin qalibi Eltac Səfərlini, eləcə də Naxçıvan tarixində ilk beynəlxalq qrossmeyster və beynəlxalq hakim adını alanları təbrik edib. Tədbir zamanı K.İlümjinov V.Talıbovla şahmat da oynayıb.

"Report" FİDE prezidentinin Naxçıvan səfəri ilə bağlı öz "twitter" hesabından paylaşdığı şəkilləri təqdim edir. 

Son xəbərlər

Orphus sistemi