Üzgüçümüz Avropa çempionu oldu

Üzgüçümüz Avropa çempionu oldu Azərbaycan üzgüçüsü Raman Saleh Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa çempionatının qızıl medal qazanıb
Fərdi
17 May , 2021 10:44
Üzgüçümüz Avropa çempionu oldu

Azərbaycan para-üzgüçüsü Raman Saleh Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa çempionatının qızıl medal qazanıb.

"Report"un məlumatına görə, idmançı 100 metr məsafəyə arxası üstə üzmə növündə 1 dəqiqə 1,57 saniyə nəticə göstərərək bütün rəqiblərini geridə qoyub.

Qeyd edək ki, Raman Saleh Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Son xəbərlər

Orphus sistemi