Üzgüçülük üzrə Azərbaycan çempionatı başlayır

Üzgüçülük üzrə Azərbaycan çempionatı başlayır Bu gün üzgüçülük üzrə Azərbaycan çempionatına start veriləcək.
Fərdi
11 Mart , 2022 09:40
Üzgüçülük üzrə Azərbaycan çempionatı başlayır

Bu gün üzgüçülük üzrə Azərbaycan çempionatına start veriləcək.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, 3 gün davam edəcək yarışda 140-a yaxın idmançı iştirak edəcək.

Çempionatda 50, 100, 200, 400, 800 və 1500 metr məsafəyə sərbəst üsulla, 50,100, 200 metr məsafələrdə arxası üstə, brass və batterflay üsullarında mübarizə gedəcək.

Beynəlxalq Üzgüçülük Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən birincilikdə ölkənin 15 müxtəlif klubunun və idman cəmiyyətlərinin üzgüçüləri çıxış edəcəklər.

Yarışda İran İslam Respublikasının klublarının üzgüçüləri də qüvvəsini sınayacaq. Turnirin keçirilməsində məqsəd üzgüçülüyün təbliği, bu idman növünə marağın artırılması, kütləviliyin təşkili, o cümlədən 2022-ci il üçün beynəlxalq yarışlarda iştirak edəcək üzgüçülük üzrə milli kommandanın tərkibinin yenidən formaşaldırılmasıdır.

Qaliblər Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının müvafiq diplomları ilə təltif olunacaqlar.

Son xəbərlər

Orphus sistemi