UWW dünya çempionatı ilə bağlı qərarı növbəti iclasda verəcək

UWW dünya çempionatı ilə bağlı qərarı növbəti iclasda verəcək Bu gün Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclası keçirilib.
Fərdi
6 Noyabr , 2020 20:27
UWW dünya çempionatı ilə bağlı qərarı növbəti iclasda verəcək

Bu gün Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclası keçirilib.

"Report"un məlumatına görə, pandemiya ilə əlaqədar olaraq, bu dəfə də tədbir onlayn formatda təşkil olunub.

UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin də iştirak etdiyi konfransın əsas mövzusu dekabrda Serbiyada keçirilməsi planlaşdırılan dünya çempionatı olub.

Ancaq geniş müzakirələrdən sonra konkret qərar qəbul etmək mümkün olmayıb.

Bu səbəbdən qərara gəlinib ki, noyabrın 10-da baş tutacaq növbəti iclasda yarışın taleyinə aydınlıq gətirilsin.

Son xəbərlər

Orphus sistemi