Usta cüdoçular arasında ölkə çempionatının qalibləri məlum oldu - FOTO

Usta cüdoçular arasında ölkə çempionatının qalibləri məlum oldu - FOTO Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Kompleksində usta cüdoçular arasında Azərbaycan çempionatı keçirilib.
Fərdi
207
29 Fevral , 2020 22:16
Usta cüdoçular arasında ölkə çempionatının qalibləri məlum oldu - FOTO

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Kompleksində usta cüdoçular arasında Azərbaycan çempionatı keçirilib.

“Report” Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışda müxtəlif kateqoriyalar üzrə 78 veteran idmançı medallar uğrunda mübarizə aparıb. 

21 klubun heyətində yer alan usta cüdoçuların yarışı maraqlı idman mübarizəsi şəraitində keçib. Çempionatın qalib və mükafatçılarına medallar, Azərbaycan Cüdo Federasiyasınin diplomları təqdim olunub.

Qeyd edək ki, usta cüdoçular arasında respublika çempionatının qalibləri Avropa birinciliyində mübarizə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi