Useyn Bolt Olimpiya medalını geri qaytarıb

Useyn Bolt Olimpiya medalını geri qaytarıb Bunu Beynəlxalq Olimpiya Komitəsi tələb edib
Fərdi
28 Yanvar , 2017 09:02
Useyn Bolt Olimpiya medalını geri qaytarıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Yamaykalı qısa məsafəyə qaçış ustası Useyn Bolt dopinq testinin müsbət nəticə verməsi səbəbindən 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə estafet yarışlarında əldə etdiyi qızıl medalı geri qaytarmaq məcburiyyətində qalıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Bolt özü məlumat verib.

"Əlbəttə ki, medalı qaytarmalı olmağım xoş deyil, lakin bu, Beynəlxalq Olimpiya Komitəsinin tələbidir. Ona görə də mən artıq medalı qaytardım", - idmançı bildirib.

Son xəbərlər

Orphus sistemi